Bakı-İstanbul reysi LƏĞV EDİLDİ

 18:15 12.03.2022     1533

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12 üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Redaktor.az AZAL-a istinadən xəbər verir ki, ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən