YAP-ın VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu
Ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin müstəqillik dövrünün şərəfli salnaməsi, xalqa, dövlətə xidmət nümunəsidir. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəli ölkəmiz üçün ağır və ictimai-siyasi çətinliklərlə dolu dövr idi. Həmin vaxtlar respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir siyasi partiyaya ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu partiyaya rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarət və gücünə inanılan, əməli ilə sözü bir olan, Vətənini böyük bir məhəbbətlə sevən, dərin zəkaya və praqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir çətin dövrdə ölkənin 91 nəfər ziyalısı yeni partiya yaratmaq və ona rəhbərlik etmək üçün ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi, partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Ulu öndər Heydər Əliyev açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Yeni Azərbaycan Partiyası Yarandığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz proqram və nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Qısa müddət ərzində YAP siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.
Müasir dövrdə hər bir ölkənin gücünü müəyyən edən əsas amillərdən biri milli həmrəylik faktorudur. 1993-2003-cü illər ərzində həmrəylik Azərbaycan dövlətinin milli gücünü artıran amillərdən biri olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində isə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb.
İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bir daha sübuta yetirildi ki, güclü – qüdrətli Azərbaycan mürəkkəb beynəlxalq şərtlərə və şəraitə, bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, istənilən strateji hədəfini reallaşdırmaq əzmində və iqtidarındadır.
Bu gün Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP 800 minə yaxın üzvü olan böyük gücə çevrilib və bu üzvlərin də böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar.
VII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayıb.
Bir il öncə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı da partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır. 5 mart 2021-ci il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. VII qurultay ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qaldı.
Düşünürəm ki, bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır. Yeni Azərbaycan Partiyasının İdarə Heyətində biz gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir.
Prezidentimizin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın Sədri, Prezident İlham Əliyevin tövsiyələri bizim üçün proqram xarakteri daşıyır.
Həsən Şirinov,
YAP Goranboy rayon təşkilatında məsləhətçi












