“Azəriqaz” Bərdədə “Açıq mikrofon” quracaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bərdə rayonunda təşkil olunacaq.
Bu barədə Redaktor.az-a "Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, birliyin rəhbər şəxsləri Bərdə rayonu, H.Əliyev prospekti, YAP Bərdə rayon təşkilatının inzibati binasında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” martın 16-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.












