AMEA-nın əməkdaşları üçün yuxarı yaş həddi müəyyən edilə bilər

 18:19 14.03.2022     1653

Elmi müəssisələrdə çalışan sıravi əməkdaşlar və fəlsəfə doktorları üçün nisbətən yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75) müəyyən edilə bilər.

Redaktor.az xəbər verir ki, bununla bağlı AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev təkliflə çıxış edib.

O qeyd edib ki, müstəsna hallarda işçilərin ümumi sayının müəyyən faizindən çox olmamaq şərtilə 1 illik müqavilə ilə işə cəlb etmək hüquqi verilməlidir:

"Elmlər doktorları üçün yaş həddi fəlsəfə doktorlarına nisbətən daha yuxarı ola bilər. Eyni zamanda, elmi işçilərin təqaüd təminatı bir qədər də yaxşılaşdırılmalıdır".

Vumart və Güvən reklamı Vumart Güvən