“OBA market”ə cərimə protokolu yazıldı

 18:30 14.03.2022     4760

Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

Redaktor.az xəbər verir ki, “OBA market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Anar Rzayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir (report).

Vumart və Güvən reklamı Vumart Güvən