Ukraynadan 7500-dən artıq vətəndaşımız TƏXLİYƏ OLUNDU
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə ölkəmizə qaytarılması davam edir.
Redaktor.az xəbər verir ki, bu günə qədər Azərbaycana 7500 artıq insan təxliyə olunub. Onlardan 3 000 yaxın çarter reysəri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub.
Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.
Ukraynadakı vəziyyətlə əlaqədar bu bölgədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir.












