Bu rayonun icra başçısının köməkçisi SAXLANILDI

 22:35 14.03.2022     3861

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev (İsayev Vahid Zahid oğlu) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, Baş Prokurorluqdan  məlumatı təsdiqləyiblər.

Onun nə üçün saxlanıldığı açıqlanmır.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib.

Vumart və Güvən reklamı Vumart Güvən