2021-ci ildə Azərbaycan 3 istiqamətdə uğurlara nail olub

 12:17 15.03.2022     679

“2021-ci ilə Azərbaycan əsasən 3 istiqamətdə - işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparıb və xeyli uğurlara nail olub”.

Redaktor.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, hesabat ilində dünya bazarlarında enerji qiymətləri 77%, qeyri-enerji qiymətləri 20.2%, ərzaq qiymətləri isə 23.1% artıb: “Hesabat ilində ölkəmizdə ÜDM-in 5.6%, Qeyri-neft qaz sektorunun 7.2%, qeyri-neft sənayesinin 18.9%, kənd təsərrüfatı istehsalının 3.4%, qeyri-neft ixracımızın 38.4%, strateji valyuta ehtiyatlarımızın 2.4 mlrd dollar artması, müsbət ticarət saldosunun 12.1 mlrd dolları ötməsi, xarici birbaşa dövlət borcunun 8.7% azalması və ÜDM-in 13.5%-ni təşkil etməsi, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılması, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsi, xərclərinin isə 96%-dən artıq səviyyədə icra olunmasını yüksək qiymətləndiririk”.

Vumart və Güvən reklamı Vumart Güvən