İlham Əliyev Ukraynadakı vəziyyətlə bağlı tapşırıq verdi
“Ukraynadakı hadisələr səbəbi ilə yaranan digər narahatlıq budur ki, nəqliyyat-logistika, idxal olunan məhsullar, qiymət artımı və müxtəlif qadağalarla bağlı ciddi problemlər var”.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür.
“Bunun nəticəsi olaraq Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün olan tədbirlər görülür”, - deyə Baş nazir bildirib.












