"Azəriqaz" rəhbərliyi media və QHT nümayəndələri ilə görüşəcək
"Azəriqaz" İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası 18 mart saat 14:00-da "Azəriqaz" İB-nin Metrologiya Departamentində (Nizami rayonu, Oktay Əliyev 72) keçiriləcək.
Bu barədə Redaktor.az-a qurumdan bildirilib.
Saat 15:00-da isə "Elin gözü tərəzidir" aksiyası başlayacaq. "Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib. Bu səbəbdən Birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək. "Açıq qapı" aksiyası çərçivəsində bu prosesi izləmə imkanınız olacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.












