Ali məktəblərə sənəd qəbulu başa çatdı
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Redaktor.az xəbər verir ki, ümumilikdə 96629 abituriyent ərizəsini təsdiq edib.
Qeyd edək ki, sənəd qəbulu martın 4-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 11:00-a qədər uzadılmışdı.












