Azərbaycanda son sutkada yoluxanların sayı yenidən ARTDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.
Redaktor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Xatırladaq ki, ötən gün ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.













