Ukraynada girov götürülən azərbaycanlı gənc anası ilə danışdı
Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar.
Redaktor.az xəvbər verir ki, tələbəni girov götürənlər bu səhər danışıqlarında onunla bağlı qərarlarını yaxın saatlarda bildirəcəklərini desələr də, sonradan komandanlığın əmrini gözlədiklərini deyiblər.
Tələbənin anası ağladığı üçün danışıq yarıda kəsilib.
Tələbənin atası Amin Abdullayevin sözlərinə görə, Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan Abdullayev Hüseyn sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.
"Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar",- o, deyib.












