Güclü külək bu ərazini işıqsız qoydu

 11:09 20.03.2022     766

Dünəndən başlayaraq Şəmkirdə müşahidə olunan güclü külək sakinləri bayram günündə işıqsız qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, ötən gündən elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Bəzi hallarda elektrik enerjisi fasilələrlə verilir. Ötən gün gecədən isə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb.

Sakinlər elektrik enerjisinin nə zaman bərpa olunacağı haqda aidiyyatı qurumlardan məlumat ala bilmədiklərini söyləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən