Son sutkada peyvənd olunanların STATİSTİKASI

 18:39 20.03.2022     283

Azərbaycanda son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Məlumata görə, son sutkada koronavirus (COVID-19) əleyhinə 12 966 vaksin vurulub. Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 501, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 039, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 758 nəfərdir.

Vumart və Güvən reklamı Vumart Güvən