"Azərkitab" bağlanır
"Azərkitab" mağazası fəaliyyətini tamamilə dayandırır.
Redaktor.az xəbər verir ki, bu barədə mağazanın direktor müavini Günel İsgəndərova məlumat verib.
Onun sözlərinə görə, mağazanın bağlanmasına səbəb maliyyə çatışmazlığıdır: "Hazırkı vəziyyət çox çətindir. Mağazanın kitab satışı da ürəkaçan deyil. Olduğumuz məkanın kirayə haqqı da bahalaşdığından fəaliyyətimizi davam etdirə bilmirik".












