Rusiya ordusunda döyüşən azərbaycanlı öldürüldü - FOTO
Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu - 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.
Redaktor.az xəbər verir ki, onun nəşi artıq Azərbaycana gətirilib.
Qeyd edək ki, Ş.Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib (qafqazinfo).













