Azərbaycan Rusiya təyyarələrini həbs edib? - RƏSMİ

 18:02 23.03.2022     4409

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

Redaktor.az xəbər verir ki, bu barədə "apa"ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, - deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

***

Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

Redaktor.az "trend"ə istinadla xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələrin üzərinə həbs qoyulmayıb.

“Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq”, - məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən