“AGRANATA”da Novruz şənliyi keçirilib - FOTO - VİDEO
Tanınmış influnserlər “AGRANATA” MMC-nin Ağsuda yerləşən zavodunu ziyarət ediblər.
Onlar ilk olaraq “AZGRANATA”nın əməkdaşı, müharibəyə könüllü yollanmış, Vətən müharibəsi şəhidi Hüseyn Səmədzadənin ailəsinə baş çəkiblər.
Daha sonra meyvə şirələri və şərab emalı zavodu ilə yaxından tanış olub, məhsulların dadına baxıblar.
Sonra zavodun həyətində böyük tonqal qalanıb, influnserlərin iştirakı ilə Novruz adət-ənənələri icra olunub.


























