Peyvəndlənmə ilə bağlı son vəziyyət
Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 477 vaksin vurulub.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 356 nəfərdir.













