Bakıdan Kiyevə humanitar yardım göndərilib - Səfir: "Söz ilə deyil, əməl ilə verilən dəstəkdir"
Bakı Şəhər İcra Hakimiyyətindən Kiyevə 30 ton humanitar yardım yola salınıb.
Redaktor.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün feysbuk hesabında bildirib.
"Qardaş şəhərdən humanitar yardım - söz ilə deyil, əməl ilə verilən dəstəkdir.
Təşəkkürlər, Bakı!", - deyə səfir yazıb.
T.İSMAYIL














