Peyvənd olunanların sayı daha da artdı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 10 095 vaksin vurulub.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, son gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 602, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 279, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 607 nəfərdir.













