Baş Prokurorluqdan buldozerin minaya düşməsi barədə  MƏLUMAT

 20:29 27.03.2022     1228

Martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, nəticədə traktora maddi ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən