"Dərs vaxtı"nın 28 mart cədvəli açıqlandı
Təhsil Nazirliyi "Dərs vaxtı" proqramının 28 mart üçün nəzərdə tutulan cədvəlini təqdim edib.
Redaktor.az-ın məlumatına görə, dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə (https://www.youtube.com/user/tehsilgovaz) yayımlanır.
"Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!", - deyə nazirlikdən bildirilib.
T.İSMAYIL













