Ayaz Mütəllibovun dəfn olunacağı yer açıqlandı
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Fəxri xiyabanda dəfn olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Ayaz Mütəllibovun sabiq köməkçisi Anar Ağayev məlumat verib.
O qeyd edib ki, sabiq Prezident Ayaz Mütəllibovla vida mərasimi Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək (apa).












