“Azəriqaz” rəhbərliyi Sumqayıt sahibkarları ilə görüşəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sumqayıt şəhərində təşkil olunacaq.
“Azəriqaz”dan Redaktor.az-a verilən məlumata görə, qurumun rəhbər şəxsləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 44-cü məhəllə ünvanında (“Kimyaçı” Mədəniyyət Sarayı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” martın 30-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.












