“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Şirvanda qurulacaq

 18:56 28.03.2022     777

“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.

İB-dən Redaktor.az-a bildirilib ki, bu dəfə “Səyyar qəbul otağ”ı Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10 ünvanında (Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında) təşkil olunacaq. Martın 29-u saat 12:00-dan 14:00-dək sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən