Fərruxda daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıldı - FOTO

 15:34 30.03.2022     516

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

Redaktor.az xəbər verir ki, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha 3 azərbaycanlının qalıqları tapılıb.

Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

22
Vumart və Güvən reklamı Vumart Güvən