Türk Dövlətləri Təşkilatı mart soyqırımı ilə bağlı paylaşım etdi

 11:38 31.03.2022     478

Türk Dövlətləri Təşkilatı (TDT) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, bu barədə TDT-nin "Twitter" hesabında paylaşım edilib.

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə azərbaycanlı qardaş və bacılarımızla birlikdə Azərbaycanın bütün qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik və bir daha bəyan edirik ki, insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmaması üçün türk dövlətləri olaraq biz regionda sülhün və sabitliyin təmin olunmasına çalışacağıq", - paylaşımda bildirilib.

 


 

 

Vumart və Güvən reklamı Vumart Güvən