"Azəriqaz"ın smart kartlarına pul yükləyərkən niyə yalançı məbləğ yaranır?

 18:00 01.04.2022     826

Əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan yalançı məbləğ internet əlaqəsinin kəsilməsi ilə əlaqədardır.  

Redaktor.az məlumat verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, əsas problem internetlə bağlıdır, aparatlarla yox.

“Günah aparatlarda deyil. Şəbəkədə problem olur. Bu zaman da informasiya tam karta köçürülmür. Kartı artıq sayğaca yükləyəndə yeni məbləği görmür. Həm aparat tərəfindən, həm də özümüz bu problemi aradan qaldıra bilərik. Amma yenə də deyim ki, bu problem internetlə bağlıdır”, - deyə şöbə müdiri bildirib.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən