İlham Əliyev bu bələdiyyələrlə bağlı qanunu İMZALADI

 19:05 01.04.2022     1084

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Hacıkənd bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Hacıkənd və Göygöl qəsəbələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən