Vilyam Hacıyevin oğlu prokurorluq orqanlarından QOVULDU

 19:45 01.04.2022     743

Sabiq icra başçısı Vilyam Hacıyevin oğlu prokurorluq orqanlarından xaric edilib.

Redaktor.az xəbər verir ki, Qubadlı rayon Prokurorluğun əməkdaşı Məhəmməd Hacıyev tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilir.

Vumart və Güvən reklamı Vumart Güvən