Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxdu

 15:35 02.04.2022     668

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı həyat yoldaşı ilə birlikdə koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb. 

“Ağır qrip şəklində özünü göstərir. Çox şükür, vəziyyətimiz yaxşıdır. Səhhətimizi yaxından izləyən Azərbaycanın Xarici İşlər Nazirliyinə və cənab Ceyhun Bayramova , dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”, - deyə səfir paylaşımında qeyd edib. 

Vumart və Güvən reklamı Vumart Güvən