Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 16:31 02.04.2022     765

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 979 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 938 nəfər müalicə olunaraq sağalıb, 9 694 nəfər vəfat edib. 347 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 339, bu günə qədər isə ümumilikdə 6 706 012 test icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən