“Partlayışda 1 nəfər ölüb, 31-i yaralanıb” - Baş Prokurorluq
Baş Prokurorluq baş verən partlayışla bağlı məlumat yayıb.
Redaktor.az xəbər verir ki, qurumdun məlumatına görə, bu gün saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib:
“Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İctimaiyyətə əlavə məlumat veriləcək”.












