"Azəriqaz"dan partlayışla bağlı daha bir  AÇIQLAMA

 10:28 03.04.2022     515

"Azəriqaz" İstehsalat Birliyi Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanındakı gecə klubunda baş vermiş partlayışla bağlı daha bir açıqlama yayıb.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur:

"Belə ki, müəssisənin daxilində qoşulu vəziyyətdə olan propan qaz balonları ( 3 ədəd) aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil"

Rəsmi məlumata görə, təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən