Şahbaz Quliyev DİN-ə çağırıldı
Aprelin 1-də 7 il Emənistanda əsirlikdə olan Şahbaz Quliyev Daxili İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Elşad Hacıyev Meydan TV-yə danışıb.
Elşad Hacıyev bildirib ki, Şahbaz Quliyevi şikayətləri və onu narahat edən məsələlərlə bağlı dəvət edib dinləyiblər:
“Daha sonra Şahbaz Quliyev aidiyyatı üzrə də yönləndirilib, yəni onun saxlanılması ilə bağlı hər hansı qərar yoxdur”.












