Partlayışda yaralananların SON VƏZİYYƏTİ

 20:01 04.04.2022     417

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə, 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Redaktor.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən