Oğuzda yanan meşə söndürüldü

 23:02 04.04.2022     506

Oğuz rayonunda meşə zolağında yanğın baş verib.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, saat 16:04 dəqiqədə Oğuz rayonunun Mollalı kəndi ərazisində meşə zolağında 0.5 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın saat 18:48 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən