“Test verməyənləri qaytarırlar ki, get İstanbulda ver" - Fazil Mustafa
“Turizmin inkişafının inhisarda olduğunu mən bilmirdim”.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkilinin sözlərinə görə, ölkəyə gələnləri test verməyəndə qaytarırlar.
“Deyirlər qayıt get, testi İstanbulda ver. Niyə? Hava limanında 10 metr aralıda test vermək mümkündür axı? Yerində olmayan məmurlar çoxdur”, - deyə Fazil Mustafa bildirib.












