AzTV-nin daha bir tanınmış əməkdaşı işdən çıxarıldı
AzTV-nin baş rejissoru Ziya Ağa vəzifəsindən uzaqlaşdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə əmri bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov imzalayıb.
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az-a təsdiqləyib.
O, bildirib ki, baş rejissor öz ərizəsi ilə işdən uzaqlaşdırılıb:
“Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur”.
Qeyd edək ki, dünən AzTV-nin bədii rəhbəri Ranar Musayevin işindən ayrılmasıyla bağlı xəbər yaymışdıq.
AzTV-dən onun vəzifəsindən kənarlaşdırılmasını əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqələndirmişdilər.












