Neft Emalı Zavodu bağlanır - SOCAR

 12:30 07.04.2022     3061

Aprelin 4-dən SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlayıb.

Bu barədə Redaktor.az-a SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov bildirib.

O deyib ki, bazar ertəsi zavodda planlaşdırılmış profilaktik işlərinin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb:

"Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilməsi layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasını planlaşdırır.

NEZ-in fəaliyyəti dayandırıldığından aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb.Bildiyiniz kimi NEZ “Azərikimya”nın əsas xammal mənbəyidir".

 

 

Vumart və Güvən reklamı Vumart Güvən