"Azərişıq"ın sədri Gəncədə vətəndaşları qəbul edəcək

 12:46 07.04.2022     522

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 8-i saat 10:00-da Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Redaktor.az xəbər verir ki, qəbul “Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən