"Azəriqaz" rəhbəri sabah sualları cavablandıracaq

 16:02 07.04.2022     1321

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 8 aprel saat 11:00-da başlayacaq.

Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Cari ilin mart ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən