"Məzahir Pənahov öz ərizəsi ilə işdən azad olunub" - AÇIQLAMA

 10:54 08.04.2022     952

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.

Redaktor.az xəbər verir ki, bu barədə özünün feysbuk hesabında BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Namazova deyib.

Onun sözlərinə görə, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

"Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.

Mətbuat orqanlarını istənilən məlumatı yayarkən dəqiqləşdirməyə çağırırıq",- deyə mətbuat katibi bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən