Gerbsiz qalan Tarif Şurasına kim nəzarət edəcək? - Vahid Əhmədovdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv edib. Fərmana əsasən, Şuranın icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib, onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb. Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq.
Yeni fərmandan sonra qiymətlər necə və kim tərəfindən tənzimlənəcək? Katibliyə kim nəzarət edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyir ki, Tarif Şurası bundan sonra ictimai təşkilat fəaliyyət göstərəcək:
“Orada kim olacaq, tərkibi və s. hələ məlum deyil. Yəqin ki, müəyyən dəyişikliklər olacaq. Ona əsasən fikir söyləmək olar. Qiymət tənzimləmə prosesi hələ ki, Tarif Şurasındadır. Ola bilər ki, Tarif Şurasının üzvləri arasında müəyyən kadr dəyişiklikləri olacaq. İctimai təşkilatlardan insanlar əlavə edilə bilər. Kim nəzarət edəcək, onu deyə bilmərəm. Hələ ki, İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Faktiki dövlət qurumu idi, gerbi və s. var idi. İndi gerbi də götürüblər, gerbsiz olacaq. Amma qiymətlərə yəqin ki, Tarif Şurası baxacaq”.
Zərif ÜLVİQIZI












