"Azəriqaz" rəhbəri hesabat verdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2022-ci ilin mart ayı və birinci rübün yekunları üzrə hesabat təqdim edib.
Redaktor.az-ın məlumatına görə, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib ki, qazın qəbulu yanvar-mart aylarında 3 milyard 276 milyon kub metr qaz qəbulu olub.
Onun sözlərinə görə, tək mart ayı ərzində 1 milyard 114 milyon kub metr qaz qəbul olunub:
"Yanvar-mart aylarında qəbul olunmuş qaz həcminin 706 milyon kub metri sənaye xətləri, 2 milyard 570 milyon kub metri isə əhali xətləri üzrə, o cümlədən mart ayı ərzində 251 milyon kub metr sənaye xətləri, 760 milyon kub metri isə əhali xəttləri üzrə olub. 2021-ci il yanvar-mart ayları ilə müqayisədə 247 milyon kub metr əlavə qaz qəbul olunub. Əhali xətləri üzrə 60 milyon kub metr azalma olub. Amma qeyri-əhali üzrə 307 milyon kub metr artıq qaz qəbul olunub.
2022-ci il yanvar-mart ayları ərzində qaz itkiləri 7.6 faiz olub. Ötən ilin eyni rübü ilə müqayisədə isə 2.2 faiz aşağıdır, azalma baş verib. 2022-ci ilin mart ayı ərzində qaz itkisi 9 faiz olub. Ancaq keçən illə müqayisədə 1.8 faiz aşağı olub.
Ödəniş səviyyəsi cəmi yanvar-mart aylarında 95.4 faiz olub. Əhali xətləri üzrə 92 faiz, qeyri-əhali sektoru üzrə 98 faiz. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə yığımda ümumi 19 faiz artım olub. Əhali sektorunda 2.8 faiz, qeyri-əhali sektoru üzrə isə 35.5 faiz olub".
Baş direktor bildirib ki, mart ayı üzrə yığım faizi 92 faiz olub. "2021-ci ilin mart ayı ilə müqayisədə 9 faiz çox olub. Abonent sayı üzrə artım yanvar-mart ayı üzrə 14738 yeni abonent qeydiyyata alınıb. Əhali bonentlər 14002, qeyri-əhali sektoru üzrə 736 abonent qeydiyyata alınıb. 2022-ci ilin mart ayında 3646 yeni abonent qeydiyyata alınıb. Əhali sektoru üzrə 3488, qeyri-əhali sektoru üzrə 158 abonent qeydiyyata alınıb.
2022-ci il yanvar-mart aylarında ümumi abonentlərin 80 faizi, yəni 1 milyon 970 min abonent təbii qazdan aşağı tariflə istifadə edib. 80 faizi hələ 1300 kubdan aşağıdır. Ancaq 20 faiz abonent isə 1200 kubu keçib. 487 min abonent aşağı tarifi keçib.
2 milyon 419 min 192 qaz sayğacı mövcuddur. Sonradan ödənişli, mexaniki tipli 63 faizi, öncədən ödənişli isə 37 faizi təşkil edir. Sistemdə 9 min öncədən ödənişli sayğac var", - deyə Ruslan Əliyev bildirib.
Zərif ÜLVİQIZI












