YAP Ağsu rayon təşkilatının “AZGRANATA” MMC üzrə ərazi partiya təşkilatına yeni sədr seçildi - FOTO
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının “AZGRANATA” MMC üzrə ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçilib.
Redaktor.az xəbər verir ki, iclası giriş sözü ilə açan “AZGRANATA” MMC-nin İdarə Heyətinin sədr müavini Nazim Babayev YAP Ağsu rayon təşkilatının “AZGRANATA” MMC üzrə ərazi partiya təşkilatına sədrlik üçün Cabbar Məmmədovun, sədr müavinliyi üçün isə Ülvi Əfəndiyevin namizədliyinin irəli sürüldüyünü bildirib.
Şirkət əməkdaşları səsvermə ilə namizədlərin seçimini dəstəkləyib. Daha sonra YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev çıxış edərək partiyanın yaranma tarixindən və uğurlu fəaliyyətindən geniş bəhs edib.
Daha sonra çıxış edən YAP Ağsu rayon təşkilatının “AZGRANATA” MMC üzrə ərazi partiya təşkilatının yeni sədri Cabbar Məmmədov, ona göstərilən etimada görə təşəkkür edərək, bu mühüm vəzifəni layiqincə icra etməyə çalışacağını bildirib.
















