Ruslan Əliyev "Azəriqaz"ın fiziki hücuma məruz qalmış əməkdaşına baş çəkdi - FOTO
Bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir neçə gün öncə xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki hücumuna məruz qalmış Birliyin əməkdaşı Ağamirzə Vəliyevə baş çəkib.
Redaktor.az xəbər verir ki, baş direktor zərərçəkmiş əməkdaşın sağlıq durumu və qayğıları ilə yaxından maraqlanıb.
Ruslan Əliyev bildirib ki, "Azəriqaz"ın əməkdaşlarına qarşı olunan bu hal yolverilməzdir. O, zərərçəkmiş əməkdaşa tezliklə sağlıq durumunun düzəlməsini və yenidən işinə qayıtmasını arzulayıb.
Sonra baş direktor Birliyin əməkdaşı Ağamirzə Vəliyevi “Azəriqaz” İB-də faydalı işinə, nümünəvi əmək failiyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif edib.
















