Modul tipli xəstəxanaların taleyi necə olacaq ?
Səhiyyə Nazirliyi koronaviruslu xəstələrin müalicəsi üçün açılan modul tipli xəstəxanaların fəaliyyətinə aydınlıq gətirib.
Redaktor.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev açıqlamasında bildirib ki, ölkədə COVID-19-a gündəlik yoluxma sayları kifayət qədər azalıb.
Onun sözlərinə görə, simptomlu xəstələrin sayı da nəzərə çarpacaq dərəcədə aşağı düşüb: “Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar demək olar ki, boşdur. Modul tipli xəstəxanaların sonrakı fəaliyyətinə gəlincə, həmin səhiyyə ocaqları bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar. Xatırladım ki, bu anoloji hal pandemiyanın müxtəlif dalğaları zamanı da baş verib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.












